Xəzər Xəbər

Azərbaycanda dəhşətli qəza: 8 avtomobil toqquşub

Qəbələ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə | 13:10 • 19 Fevral 2021
Azərbaycanda dəhşətli qəza: 8 avtomobil toqquşub

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qəbələ rayon avtovağzalının yanında hərəkətdə olan iki ədəd "VAZ 2107", iki ədəd "VAZ 21015", bir ədəd "Ford", bir ədəd "Mersedes" və iki ədəd "VAZ 2106" markalı avtomobillər toqquşub.

Qəzaya səbəb rayona yağan qardan sonra yolun buz bağlaması, sürüşkən olmasıdır.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti