Xəzər Xəbər

Azərbaycanda dəhşət: Ot presləyən qurğuya düşdü - Qolları və bədəninin bir hissəsi...

Hadisə | 13:46 • 24 Yanvar 2021
Azərbaycanda dəhşət:

Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb. 


Ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.


Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.


***



Hacıqabul rayonunda işləyən Sabirabad sakini ot presləyən qurğuya düşərək xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.


Hadisə Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Belə ki, orada işləyən Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb. Nəticədə R. İmanov xəsarət alıb. Ağır vəziyyətdə olan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır./apa

Xəbər lenti