Xəzər Xəbər

Abşeronda evdən 14 min manatlıq oğurluq edilib

Hadisə | 12:49 • 23 Yanvar 2021
Abşeronda evdən 14 min manatlıq oğurluq edilib

Abşeronda oğurluqla saxlanılan şəxsin daha iki evdən oğurluq etdiyi müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş T. Qəmbərovun ətrafında Baş Cinayət axtarış İdarəsi və Abşeron Rayon Polis İdarəsi Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən ümumilikdə 6 300 manat pul və 7 390 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Xəbər lenti