Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Cəlilabadda ər arvadını dəmir alətlə öldürüb

Hadisə | 305 | 11:37 • 23 Yanvar 2021
Cəlilabadda ər arvadını dəmir alətlə öldürüb

Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonunun Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.


Cəlilabad Rayon Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.


Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış̧ mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.


Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Çox oxunanlar