Xəzər Xəbər

Ağcabədidə 39 yaşlı qadının meyiti tapıldı

Hadisə | 21:38 • 22 Yanvar 2021
Ağcabədidə 39 yaşlı qadının meyiti tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.


XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti