Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Hadisə | 14:12 • 21 Yanvar 2021
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 34 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə səkkiz nəfər, o cümlədən borclu şəxs qismində axtarılan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Xəbər lenti