Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu

Hadisə | 152 | 15:44 • 16 Yanvar 2021
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompyuter oyunları zalı aşkar olunub.


DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompüter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar edilib.


Qayda pozuntusuna yol vermiş, obyektin icarədarı da daxil olmaqla, ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Çox oxunanlar