Xəzər Xəbər

Üç rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib

Hadisə | 13:42 • 16 Yanvar 2021
Üç rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib

Daxili işlər orqanları tərəfidən 3 rayonda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan müvafiq sənədləri olmayan "İJ-K” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.


Digər əməliyyat isə İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.


Əməliyyat tədbiri nəticəsində Sədiyan kənd sakini O.Baxışovdan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Hacıqabul RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti