Xəzər Xəbər

Evlərdən kondisioner və velosiped oğurlayan şəxs yaxalanıb

Hadisə | 13:55 • 15 Yanvar 2021
Evlərdən kondisioner və velosiped oğurlayan şəxs yaxalanıb

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon ərazisindəki bir evdən 5 min manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş F.Muradov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Onunla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxsin daha bir həyətdən kondisioner, bir evin zirzəmisindən isə 1000 manat dəyərində velosiped oğurladığı müəyyənləşdirilib.


Faktla əlaqədar araşdırma aparılır.

Xəbər lenti