Xəzər Xəbər

Karantin qaydalarına zidd fəaliyyət göstərən kafe aşkarlanıb, 28 nəfər cərimələnib

Hadisə | 13:43 • 15 Yanvar 2021
Karantin qaydalarına zidd fəaliyyət göstərən kafe aşkarlanıb, 28 nəfər cərimələnib

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad” və "Çinar” adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, obyektlərin fəaliyyəti polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. Obyektə baxış zamanı "Azad” kafesinin icarədarı Şərafət Hacıyev və "Çinar” kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü polis bölməsinə gətiriliblər. Onların barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.


Həmçinin hər iki kafedə olan ümumilikdə 26 müştəri barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri cərimələnib. Həmin şəxslərlə müvafiq profilaktik söhbətlər aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti