Xəzər Xəbər

Siyəzəndə avtomobil aşıb, sürücü xəsarət alıb

Hadisə | 09:02 • 13 Dekabr 2020
Siyəzəndə avtomobil aşıb, sürücü xəsarət alıb

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1985-ci il təvəllüdlü Bayramov Vüqar Qəşəmoğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bədən xəsarətləri alan yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)


Sevinc 

Xəbər lenti