Xəzər Xəbər

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə | 14:26 • 12 Dekabr 2020
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində Zaqatala rayon sakini R.Nəbiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı qadını vurub.


Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Nərmin

Xəbər lenti