Xəzər Xəbər

Abşeronda partlayış olub, xəsarət alanlar var

Hadisə | 17:48 • 19 Noyabr 2020
Abşeronda partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, "Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub.


Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb.


İlkin məlumata görə, xəsarət alanlar var.

Xəbər lenti