Xəzər Xəbər

Erməni ordusunda daha bir biabırçılıq

Hadisə | 15:13 • 13 Oktyabr 2020
Erməni ordusunda daha bir biabırçılıq

İşğalçı Ermənistan tərəfi daha bir rəzil açıqlaması ilə narazılığa səbəb olub.


"Sputnik Ermənistan”ın verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrindəki hərc-mərclik və nizamsızlıq nəticəsində orduda itkilərin hesablanmasında da uyğunsuzluqlar var.


Belə ki, bu gün qondarma rejimin Müdafiə Nazirliyi Qarabağdakı döyüşlər zamanı məhv edilən erməni əsgərlərin 12-13 oktyabr tarixli siyahısında on əsgərin adının səhv qeyd olunduğunu açıqlayıb.


Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Ermənistan ordusu xeyli itki versə də, rəsmi şəxslər ölüm sayını bilərək azaldır.

Xəbər lenti

Çox oxunanlar