Xəzər Xəbər

Şəki bazarı polis nəzarətinə götürüldü

Hadisə | 18:04 • 18 Sentyabr 2020
Şəki bazarı polis nəzarətinə götürüldü

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə  mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq "Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.


Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan  verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.  


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır./apa

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti