Xəzər Xəbər

Bakıda avtoservisdə bədbəxt hadisə: Ölən var

Hadisə | 15:42 • 18 Sentyabr 2020
Bakıda avtoservisdə bədbəxt hadisə: Ölən var

Bakının Sabunçu rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.


Belə ki, sentyabrın 16-sı saat 22:00 radələrində Ramana qəsəbəsində yerləşən avtoservisdə 2001-ci il təvəllüdlü alıcı İlyas Rzayevin üstünə kompressor aşıb.


O, aldığı xəsarətlərdən aparıldığı 3 saylı şəhər klinik xəstəxanasında bir gün sonra ölüb.


Rayon prokurorluğu hadisənin təfərrüatını araşdırır.

Xəbər lenti

Çox oxunanlar