Xəzər Xəbər

Abşeronda ağır qəza - ölən var

Hadisə | 10:09 • 12 Sentyabr 2020
Abşeronda ağır qəza - ölən var

Abşeron rayonunun Pirallahı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sentyabrın 10-da saat 8 radələrində Pirallahı qəsəbəsində qəsəbə sakinləri O.Camalovun idarə etdiyi "Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.


Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölü, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.


Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti