Xəzər Xəbər

Qobustanda qəza olub, yaralanan var

Hadisə | 15:07 • 8 Sentyabr 2020
Qobustanda qəza olub, yaralanan var

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.


"VAZ 2107" və "Renault" markalı avtomobillər toqquşub.


Zərbənin təsirindən "Renault" aşıb. Hadisə zamanı Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü sürücü Hüseynov İlkin Vurğun oğlu xəsarət alıb.


Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb./report

Xəbər lenti