Xəzər Xəbər

BNA: Yanğın zamanı sərnişinlər arasında xəsarət alan olmayıb

Hadisə | 09:47 • 1 Sentyabr 2020
BNA: Yanğın zamanı sərnişinlər arasında xəsarət alan olmayıb

Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin avtobusunda yanğın olması barədə məlumat yayıb.


Agentlikdən xezerxeber.az-a verilən xəbərə görə, 01.09.2020 tarixində səhər saatlarında "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.


Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Xəbər lenti