Xəzər Xəbər

Şəmkirdə AĞIR QƏZA: taksi yük avtomobililə toqquşdu, 5 nəfər xəsarət aldı

Hadisə | 19:09 • 23 Avqust 2020
Şəmkirdə AĞIR QƏZA:

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi "VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.


Qəza nəticəsində 5 nəfər - sürücü və avtomobildə olan sərnişinlər, Şəmkir rayon sakini, 1994-cü il Rəhimov İlkin İlham oğlu, 2008-ci il təvəllüdlü Quliyev Tapdıq Samir oğlu və daha 2 nəfər xəsarət alıb.


Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların ikisinin vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, "VAZ” markalı avtomobil taksi olub. (report)

Xəbər lenti