Xəzər Xəbər

Gömrük bəyan olunmayan malların ölkəyə keçirilməsinin qarşısını aldı

Hadisə | 16:06 • 17 Avqust 2020
Gömrük bəyan olunmayan malların ölkəyə keçirilməsinin qarşısını aldı

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.


Bu barədə XəzərXəbər-ə Dövlət Gömrük Komitəsindən bildirilib.


Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan olunmayan 34 ədəd müxtəlif kosmetik vasitə və ləvazimatları, elektron siqaret aparatları, 80 ədəd elektron siqaret aparatları üçün təmizləmə çubuğu, 6 flakon dərman preparatı, 1 ədəd "Apple" markalı qol saatı, 756 həb baytarlıq preparatı, 2 ədəd qadın üçün gödəkçə aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti