Xəzər Xəbər

Bakıda keçmiş məhkum avtomobil qaçırıb

Hadisə | 18:12 • 6 İyul 2020
Bakıda keçmiş məhkum avtomobil qaçırıb

Nəsimi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən "KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti