Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Qızılağac Milli Parkında yanğın başlayıb

Hadisə | 872 | 17:39 • 6 İyul 2020
Qızılağac Milli Parkında yanğın başlayıb

İyulun 6-da Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a bildirilib ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.


Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

Xəbər lenti

Çox oxunanlar