Xəzər Xəbər

Abşeron sakinindən silah-sursat götürülüb

Hadisə | 13:20 • 27 İyun 2020
Abşeron sakinindən silah-sursat götürülüb

Abşeronda əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Dövlətovun yaşadığı evə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd "Voltran” markalı səsli siqnal tapançası, 1 ədəd "F-1” markalı qumbara, 49 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı, 486,834 qram marixuana və 15,130 qram tiryək, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Xəbər lenti

Çox oxunanlar