Xəzər Xəbər

Bakı polisindən əməliyyat: 5 nəfər saxlanıldı

Hadisə | 10:27 • 22 May 2020
Bakı polisindən əməliyyat:

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, rayonun Babək prospektində gecə saatlarında naməlum şəxslər Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsiblər.

Həmin şəxslər Real İsgəndərovahədə-qorxu gələrək, 650 manatını və mobil telefonunu alıblar.

Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verib.

Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

Röyal Mirzəyevin idarə etdiyi "Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti