Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda avtomobili oğurlayaraq hissələrə ayırıb satan şəxslər tutulub - FOTO

Hadisə | 15:25 • 21 May 2020
Bakıda avtomobili oğurlayaraq hissələrə ayırıb satan şəxslər tutulub -

Binəqədi rayonu Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus "VAZ 2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib.


Bölmə əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinin əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim ediliblər.


Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb. Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Bonəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, "102” Zəng Mərkəzinə və ya Binəqədi Rpi-nin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar