Xəzər Xəbər

Bakıda polis maşını yük avtomobili ilə toqquşdu: Altı nəfər xəsarət aldı

Hadisə | 11:44 • 7 Aprel 2020
Bakıda polis maşını yük avtomobili ilə toqquşdu:

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsibaş verib.

APA-nın məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.

Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin "Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.

1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi "Fiat” maşını "Veysəloğlu” MMC-yə məxsus "Mercedes” markalı yük avtomobilinə çırpılıb. "Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar.

Nəticədə, "Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, "Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəbər lenti