Xəzər Xəbər

Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü

Hadisə | 09:34 • 3 Aprel 2020
Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü

Rusiyanın Krasnodar diyarında qadın martın 31-i bir yaşı tamam olan oğlunu döyərək qətlə yetirib.

"Ren TV” xəbər verir ki, 28 yaşlı "ana” uşağın başına üç zərbə vurub.

Körpə aldığı kəllə-beyin travmasından yerindəcə keçinib.

Qeyd etmək lazımdır ki, qadın artıq həbs edilib və məhkəmə qarşısında cavab verməli olacaq./oxu.az

Xəbər lenti

Çox oxunanlar