Xəzər Xəbər

Azərbaycanda "Lexus" dəhşətli qəzaya düşdü ÖLƏN VAR

Hadisə | 10:21 • 10 Mart 2020
Azərbaycanda "Lexus" dəhşətli qəzaya düşdü

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Astara rayonunun Şahağac kəndində "Lexus" markalı minik avtomobilinin yol kənarındakı su arxına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Quliyev Fazil Ağarəhim oğlunun meyitini yarıbatmış vəziyyətdə olan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti