Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Sabiq nazir qar uçqununa düşdü - Ölü tapıldı

Hadisə | 368 | 16:41, 19 Fevral
Sabiq nazir qar uçqununa düşdü - Ölü tapıldı

Omsk vilayətinin keçmiş səhiyyə naziri Yuri Yerofeyev ölü tapılıb.

TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq şöbəsinin müdirinin baş köməkçisi Larisa Boldinova məlumat verib.

Məlumata görə, sabiq nazirin avtomobili qar uçqununun altında qalıb.

Qeyd edək ki, Yerofeyev 1964-cü ildə anadan olub. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək Omsk vilayətinin səhiyyə naziri vəzifəsini tutub. Ondan əvvəl isə "Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət) regional şöbəsinə rəhbərlik edib./publika.az

Çox oxunanlar