Xəzər Xəbər

Cəlilabadda 3 otaqlı ev kül oldu, 1 nəfər xəsarət aldı

Hadisə | 12:15 • 31 Dekabr 2019
Cəlilabadda 3 otaqlı ev kül oldu, 1 nəfər xəsarət aldı

Cəlilabad rayonunun Günəşli kəndində ev yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar