Meksikanın Quanaxuato ştatında naməlum silahlılar yanacaqdoldurma məntəqəsinə hücum ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlılar Urianqato rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində insanlara atəş açıblar.
Məlumata əsasən, silahlı insident nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Bildrilir ki, naməlum silahlılar hadisə yerindən qaçıblar. Yaralananlar xəstəxanalara çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.