Xəzər Xəbər

Bakıda 53 yaşlı qadın dəm qazından boğuldu

Hadisə | 18:13 • 28 Dekabr 2019
Bakıda 53 yaşlı qadın dəm qazından boğuldu

Bakıda qadın dəm qazından zəhərlənib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Rayon sakini, 1966-cı il təvəllüdlü Babayeva Gülnarə Ağababa qızı Binəqədi qəsəbəsi, 1-ci mədən, 43-cü korpus 488 C saylı ünvanda yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib ölüb.

Faktla bağlı cinayət işi başlanıb. (trend)

Xəbər lenti

Çox oxunanlar