Bakıda dələduzluqla məşğul olan qadın tutulub.
XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Ş.Musayeva saxlanılıb.Ətrafında aparılmış tədbirlərlə onun cari il noyabr ayında Bakı şəhər sakini S.Cabbarovanı aldadıb ondan 500 manat alması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.