Xəzər Xəbər

Məktəbin həyətində qız üstündə dava: 18 yaşlı oğlan bıçaqlandı

Hadisə | 16:03 • 7 Dekabr 2019
Məktəbin həyətində qız üstündə dava:

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə şəhər ərazisindəki 2 saylı orta məktəbin həyətində qeydə alınıb.

2002-ci il təvəllüdlü Xalid Seyidov məktəbin həyətində bir neçə nəfərlə mübahisə edib. Onların mübahisəsi sonda davaya çevrilib. Dava zamanı Xalid Seyidov bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Xəbər lenti