Xəzər Xəbər

Professor Həsən Əli Karasar: TANAP əsrimizin ən böyük enerji layihələri sırasındadır

Hadisə | 13:47 • 2 Dekabr 2019
Professor Həsən Əli Karasar: TANAP əsrimizin ən böyük enerji layihələri sırasındadır

Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) əsrimizin ən böyük enerji və nəqletmə layihələri sırasında yer alır.


Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kapadokya Universitetinin rektoru, professor Həsən Əli Karasar deyib. O, əminliklə vurğulayıb ki, TANAP Azərbaycan və Türkiyənin bundan sonra da birgə yeni iqtisadi layihələr üzərində çalışmasına əlavə fürsətlər yaradacaq: "TANAP Avropanın enerji təhlükəsizliyinə əlli illik zəmanət verən boru xəttidir. Bütövlükdə Avrasiya üçün dinamik inkişaf vəd edən bu boru kəmərinin strateji gücü qaz ixrac və idxal edən ölkələr üçün eyni əhəmiyyətlidir. Bu xəttin tam fəaliyyətə başlaması Qara dəniz bölgəsindəki bütün tərəflər üçün cəlbedicidir”.

Xəbər lenti