Xəzər Xəbər

Qardaş bacısına 4 bıçaq vurdu: "Getmə!.." - Qəribə olay/Təfərrüat

Hadisə | 16:07 • 27 Noyabr 2019
Qardaş bacısına 4 bıçaq vurdu:

Bakıda bacısını öldürməyə cəhddə təqsirləndirilən 24 yaşlı Baba Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il paytaxtın Yeni Suraxanı qəsəbəsində baş verib. Baba Əliyev bacısı, 26 yaşlı Sahibə Əliyevanı bıçaqlayaraq öldürmək istəyib. Buna səbəb Sahibə Əliyevanın onun razılığı olmadan dənizə getmək istəməsi olub.

Baba Əliyev bacısının qarşısını kəsərək, dənizə getməsinə icazə verməyib. Amma bacı qardaşına əhəmiyyət verməyib, dost-tanışları ilə dənizə getməkdə israrlı olub.

Buna görə də onların arasında dava düşüb. Baba Əliyev bacısına 4 bıçaq xəsarəti yetirib.

Sahibə Əliyevaya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Baba Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib./teleqraf

Xəbər lenti

Çox oxunanlar