Xəzər Xəbər

Bakıda dəfələrlə həbs edilmiş şəxsdən növbəti cinayət – BU DƏFƏ BIÇAQLA SÜRÜCÜNÜ...

Hadisə | 14:21 • 7 Noyabr 2019
Bakıda dəfələrlə həbs edilmiş şəxsdən növbəti cinayət

Bakıda quldurluq etmiş şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in "102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. Müraciətlə əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi "Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib. Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti