Xəzər Xəbər

Göyçayda şok olay: Kişi 15 yaşlı qıza təcavüz etdi

Hadisə | 11:51 • 26 Oktyabr 2019
Göyçayda şok olay:

Göyçay rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan rayon sakini Əli Abdurəhmanovun barəsində cinayət işi başlanıb.

Əli Abdurəhmanova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, o, 15 yaşlı qızla cinsi əlaqədə olub.

Əli Abdurəhmanovun barəsində toplanan cinayət işi baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib.

Hakim İbrahim Fəttahovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin araşdırılması üçün prosesin qapalı keçirilməsi qərara alınıb.

Məhkəmə baxışı oktyabrın 30-na təyin olunub./teleqraf

Xəbər lenti

Çox oxunanlar