Xəzər Xəbər

Sumqayıtda 68 yaşlı kişini maşın vuraraq öldürdü

Hadisə | 10:04 • 8 Oktyabr 2019
Sumqayıtda 68 yaşlı kişini maşın vuraraq öldürdü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə 9-cu mikrorayonda qeydə alınıb.

1951-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əmraslanov Yavər Ələmdar oğlunu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır (Report)

Xəbər lenti