Xəzər Xəbər

Sumqayıtda kafe yanıb

Hadisə | 11:25 • 4 Sentyabr 2019
Sumqayıtda kafe yanıb

Sumqayıt şəhərində kafedə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində kafenin ərazisində ümumi sahəsi 35 kvadratmetr olan mətbəx əşyaları ilə birlikdə yanıb. Ərazidə olan kotteclər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar