Xəzər Xəbər

Bakıda gənc oğlan bıçaqlandı

Hadisə | 10:26 • 14 İyul 2019
Bakıda gənc oğlan bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.


Hadisə A.Nemətullah küçəsində qeydə alınıb.


1990-cı il təvəllüdlü Əliyev Babək Oqtay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, o, cərrahi əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Xəbər lenti

Çox oxunanlar