Xəzər Xəbər

Polisdən qaçan maşında silah aşkarlanıb

Hadisə | 15:29 • 11 İyul 2019
Polisdən qaçan maşında silah aşkarlanıb

Avtomobildə silah-sursat aşkar edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində "BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona "Saxla” işarəsi verilib.


Lakin nəqliyyat vasitəsinin sahibi tabe olmayaraq hərəkətə davam etib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Yük yerinə baxış zamanı oradan "AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdıma aparılır.

Xəbər lenti