Xəzər Xəbər

Bakıda 4 yaşlı qız uşağı itib

Hadisə | 11:55 • 6 May 2019
Bakıda 4 yaşlı qız uşağı itib

Bakıda azyaşlı qız uşağı itib.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan 2015-ci il təvəllüdlü qızı Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Xəbər lenti