Xəzər Xəbər

Bakıda ikimərtəbəli ev yandı

Hadisə | 14:16 • 4 May 2019
Bakıda ikimərtəbəli ev yandı

Bakının Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli ev yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 150 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar