Xəzər Xəbər

Bakıda yolu keçən piyadanı maşın vurub

Hadisə | 12:02 • 22 Aprel 2019
Bakıda yolu keçən piyadanı maşın vurub

Bakının Nizami rayonunda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb.


Aprelin 20-də saat 23 radələrində naməlum avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Əliyev Elvin Rafael oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü isə qaçıb.


Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Xəbər lenti