Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Hadisə | 11:27 • 30 Mart 2019
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanlarının əməkdaşları ötən gün qeydə alınmış 17 cinayətin üstünü "isti izlər”lə açıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar