Xəzər Xəbər

Mal-qara oğruları həbs edildi

Hadisə | 10:56 • 18 Fevral 2019
Mal-qara oğruları həbs edildi

Saxlanılanlar 21 baş heyvanı oğurlamaqda təqsirli bilinirlər

Saatlıda 21 baş heyvanı oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

​Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib.

​Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti