Xəzər Xəbər

Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Hadisə | 11:45 • 13 Fevral 2019
Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Sumqayıtdan Bakıya gələn sürət qatarı bir qadını vurub öldürüb.


Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib.


Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər.


Məlum olub ki, Abşeron rayonu, Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı "Mexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştadler" markalı sürət qatarının vurması nəticəsində ölüb.


Trend bildirir ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti