Xəzər Xəbər

Mebel anbarından oğurluq edən şəxs tutuldu

Hadisə | 13:13 • 4 Fevral 2019
Mebel anbarından oğurluq edən şəxs tutuldu
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar